0
Thursday 20 February 2020 - 14:14

Türkiyə XİN: Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü üçün iş aparılır

Story Code : 845693
Türkiyə XİN: Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü üçün iş aparılır
APA-nın xəbərinə görə, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.  

“Tərəflər üçtərəfli görüşün tarixinin razılaşdırılması ilə bağlı iş aparırlar. Üç tərəf arasında razılaşma əldə olunacağı təqdirdə, zirvə toplantısının tarixi ictimaiyyətə açıqlanacaq”, - deyə XİN-dən bildirilib.

Qeyd edə ki, Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, Türkiyə tərəfinin razılığı olacağı halda, Suriya münaqişənin həlli ilə bağlı Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü mart ayının əvvəlində Tehran şəhərində keçirilə bilər.