QR CodeQR Code

Avqustun 2-dən sonra ABŞ məhv ola bilər

12 Jul 2011 18:42

IslamTimes - Dünyanın supergücü hesab olunan ABŞ avqust ayının 2-də tarixdə görünməmiş bir böhranla üzləşə bilər


Faktxeber.com-un verdiyi məlumata görə, ABŞ avqust ayının 2-nə qədər borclarla bağlı problemlərini tənzimləyə bilməsə, tarixdə ilk dəfə olaraq ən fəlakətli durumla üzləşəcək.
Aylardır Konqressdə aparılan müzakirələrə baxmayaraq, problem hələ də həll olunmaz qalıb. Dünən yenidən bir araya gələn Konqress üzvləri növbəti dəfə bir nəticə əldə edə bilməyiblər. Qeyd edək ki, keçirilən yığıncaqda ABŞ prezidenti Barak Obamada iştirak edib. Yığıncaqdan sonra bir-birlərinə günahlandıran Respublikaçı və Demokrat partiya üzvləri, 2008-ci ildə böyük bir infilyasiya ilə üzləşən ABŞ iqtisadiyyatını növbəti dəfə əvvəlkindən 10 dəfə böyük bir böhranın gözlədiyini bildiriblər.
Son 5 gün ərzində konqress üzvləri ilə 3 dəfə görüşən Barak Obama, borc həddinin maksimum artırlmasını təklif edib. Lakin Obama təklifinə hələ də Konqress üzvləri tərfindən dəstək almayıb.
Respublikaçı partiya üzvləri Obamanın təklifini qəbul etməməkdə israrlıdırlar. Onlar vergilərinin artırılmasının tərəfdarıdırlar. Demokrat partiyasasının üzvləri isə respublikaçılardan fərqli olaraq dövlət xərclərinin azaldılmasını istəyirlər.
Hazırda ABŞ-ın ümumi borcu 14 trilyon 200 milyard dollardır. Ölkənin illik büdcə kəsiri isə 1,5 trilyon dollardır. Obama bir tərəfdən büdcə kəsirini məhdudlaşdırılmasını, digər tərəfdən isə maksimum borc həddinin artırılmasını istəyir. Ağ ev rəsmi olaraq konqress üzvlərinə müraciət edib. Müraciətdə bildirilir ki, avqust ayının 2-nə qədər maksimum borc həddinin artırılması ilə bağlı hazırlanmış qanun layihəsi konqressdə qəbul olunmasa, ABŞ böyük bir fəlakətlə üzləşəcək.
ABŞ-ın iqtisadi-inkişaf naziri Timoti Qeytnerdə məsələ ilə bağlı təhlükənin olduğunu təsdiqləyib.
Qeytner ABŞ-ın televiziya kanallarından birinə müsahibə verərkən, ABŞ maksimum borc həddinin artırılmasından başqa yolunun olmadığını bildirib.



Story Code: 84572

News Link :
https://www.islamtimes.org/az/news/84572/avqustun-2-dən-sonra-abş-məhv-ola-bilər

Islam Times
  https://www.islamtimes.org