QR CodeQR Code

Rusiya: Türkiyə İdliblə bağlı sərt açıqlamalardan çəkinsin!

IslamTimes , 20 Feb 2020 23:35

İslamTimes: Rusiya Türkiyə hökumət rəsmilərini Suriyanın İdlib vilayəti ilə bağlı sərt açıqlamalar verməkdən çəkinməyə çağırıb.


Rusiya Xarici İşlər Nazirliyi bu gün (cümə axşamı) Türkiyə rəsmilərinin Suriyanın şimalındakı, xüsusi ilə Suriya ordusunun terrorçulara qarşı əməliyyatlar keçirdiyi İdlib əyalətindəki vəziyyətlə bağlı açıqlamalarına cavab verib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Ankaranı İdliblə bağlı sərt açıqlamalar verməməyə və mütəxəssislər vasitəsi ilə lazımi rabitə saxlamağa çağırıb.
Qeyd edək ki, Suriya ordusu Hələb şəhərini tamamilə azad etdikdən sonra, İdlib vilayətindəki əməliyyatları daha da genişləndirib. Türkiyə ordusu isə silahlı qruplaşmalara dəstək olmaq üçün bu gün İdlibin 30 km-liyindəki Suriya ordusu qərargahlarına hücum təşkil edib.


Story Code: 845795

News Link :
https://www.islamtimes.org/az/news/845795/rusiya-türkiyə-idliblə-bağlı-sərt-açıqlamalardan-çəkinsin

Islam Times
  https://www.islamtimes.org