0
Saturday 22 February 2020 - 02:32

Ronald Reyqanın qızı Trampı sərt tənqid edib

Story Code : 846019
Ronald Reyqanın qızı Trampı sərt tənqid edib
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, "The Hill" portalı bildirib ki, Petti Devis "Deyli Best" qəzetində dərc olunan bir məqalədə Trampın hərəkətlərini kəskin tənqid edərək yazıb: " Trampın dağıdıcılığını bərpa etmək amerikalılar üçün qat-qat çətin ola bilər". Reyqanın qızı, ABŞ prezidentini atasının hökuməti ilə müqayisə edərək yazıb: "Mənə elə gəlir ki, prezidentliyin nə olduğunu unudaraq, risk altındayıq". Qeyd edək ki, Trampın qalmaqallı davranışları və siyasəti əvvəllər təkcə ABŞ-da deyil, həm də bu ölkədən kənarda olan siyasətçilər tərəfindən sərt tənqid olunmuşdu.