0
Saturday 22 February 2020 - 14:31

Pentaqon təsdiqlədi: “Eynul-Əsəddə beyin travması alan əsgərlərin sayı 110-na çatıb”

Story Code : 846125
Pentaqon təsdiqlədi: “Eynul-Əsəddə beyin travması alan əsgərlərin sayı 110-na çatıb”
“The Hill” qəzetində gedən xəbərə görə, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İranın ABŞ-ın İraqdakı bazalarına raket əməliyyatı vaxtı beyin travması və ya xəsarət alan əsgərlərinin sayının 110 nəfərə çatdığını açıqlayıb.
Pentaqon bundan əvvəl 109 ABŞ əsgərinin beyin travması nəticəsində yaralandığını etiraf etmişdi.
Pentaqon əməliyyatdan sonrakı günlərdə Almaniyaya Eynul-Əsəd bazasından göndərilən hərbi personalın 70%-nin vəzifələrinə geri qayıtdığını açıqlamışdı.
Xatırladaq ki, ABŞ-ın prezidenti Donald Tramp hücumdan bir sutka sonra verdiyi açıqlamasında, Eynul-Əsəddə ölən və yaralanan ABŞ əsgərlərinin olmadığını iddia etmişdi. /Deyerler/