QR CodeQR Code

Pentaqon təsdiqlədi: “Eynul-Əsəddə beyin travması alan əsgərlərin sayı 110-na çatıb”

22 Feb 2020 14:31

İranın Eynul-Əsəd bazasına təşkil etdiyi raket əməliyyatında beyin travması almış ABŞ əsgərlərinin sayının 110-na yüksəldiyi bildirilib.


“The Hill” qəzetində gedən xəbərə görə, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İranın ABŞ-ın İraqdakı bazalarına raket əməliyyatı vaxtı beyin travması və ya xəsarət alan əsgərlərinin sayının 110 nəfərə çatdığını açıqlayıb.
Pentaqon bundan əvvəl 109 ABŞ əsgərinin beyin travması nəticəsində yaralandığını etiraf etmişdi.
Pentaqon əməliyyatdan sonrakı günlərdə Almaniyaya Eynul-Əsəd bazasından göndərilən hərbi personalın 70%-nin vəzifələrinə geri qayıtdığını açıqlamışdı.
Xatırladaq ki, ABŞ-ın prezidenti Donald Tramp hücumdan bir sutka sonra verdiyi açıqlamasında, Eynul-Əsəddə ölən və yaralanan ABŞ əsgərlərinin olmadığını iddia etmişdi. /Deyerler/


Story Code: 846125

News Link :
https://www.islamtimes.org/az/news/846125/pentaqon-təsdiqlədi-eynul-əsəddə-beyin-travması-alan-əsgərlərin-sayı-110-na-çatıb

Islam Times
  https://www.islamtimes.org