QR CodeQR Code

Yəmən Silahlı Qüvvələri Səudiyyə Koalisiyasını geri oturtdu

IslamTimes , 22 Feb 2020 15:23

İslamTimes: Yəməndə yeni qətliam törətmək məqsədi ilə bu ölkə səmasına daxil olan Səudiyyə qırıcıları geri çəkilməyə məcbur edildi


Əl-Məsirə xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusunun Hava Hücumundan Müdafiə Sistemi və xalq komitələri Səudiyyə koalisiyasının Yəmənin qərbindəki Sana vilayətinə hava zərbələrini dəf edib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yahya Səri Twitter hesabında yazıb: "Hava Hücumundan Müdafiə Sistemi Allahın lütfü ilə Səudiyyə işğalçılarına məxsus qırıcıları geri çəkilməyə məcbur etdi. Səudiyyə koalisiyasına məxsus qırıcılar heç bir zərbə vurmağa fürsət belə tapa bilmədi. Onlara "Fatir 1" raketi ilə atəş açıldı və qırıcılar dərhal Yəmən səmasını tərk etmək məcburiyyətində qaldılar."
Qeyd edək ki, Yəmən Silahlı Qüvvələri 14 fevralda Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus "Tornado" qırıcısını hədəf alaraq məhv etməyə müvəffəq olmuşdu.


Story Code: 846128

News Link :
https://www.islamtimes.org/az/news/846128/yəmən-silahlı-qüvvələri-səudiyyə-koalisiyasını-geri-oturtdu

Islam Times
  https://www.islamtimes.org