0
Saturday 22 February 2020 - 15:23

Yəmən Silahlı Qüvvələri Səudiyyə Koalisiyasını geri oturtdu

Story Code : 846128
Yəmən Silahlı Qüvvələri Səudiyyə Koalisiyasını geri oturtdu
Əl-Məsirə xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusunun Hava Hücumundan Müdafiə Sistemi və xalq komitələri Səudiyyə koalisiyasının Yəmənin qərbindəki Sana vilayətinə hava zərbələrini dəf edib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yahya Səri Twitter hesabında yazıb: "Hava Hücumundan Müdafiə Sistemi Allahın lütfü ilə Səudiyyə işğalçılarına məxsus qırıcıları geri çəkilməyə məcbur etdi. Səudiyyə koalisiyasına məxsus qırıcılar heç bir zərbə vurmağa fürsət belə tapa bilmədi. Onlara "Fatir 1" raketi ilə atəş açıldı və qırıcılar dərhal Yəmən səmasını tərk etmək məcburiyyətində qaldılar."
Qeyd edək ki, Yəmən Silahlı Qüvvələri 14 fevralda Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus "Tornado" qırıcısını hədəf alaraq məhv etməyə müvəffəq olmuşdu.
Source : IslamTimes