QR CodeQR Code

Suriya Türkiyənin yalanlarını üzə çıxardı

IslamTimes , 22 Feb 2020 20:01

İslamTimes: Türkiyə hakimiyyəti Suriya ordusuna ağır zərbə vurmuşuq deməklə terrorçulara ruh yüksəkliyi bəxş etmək istəyir.


Suriyanın rəsmi SANA xəbər agentliyi Türkiyə mətbuatında yayımlanan Suriya ordusuna sarsıdıcı zərbələr vurulduğu ilə bağlı xəbərlərin tamami ilə yalan olduğunu açıqlayıb.
SANA xəbər agentliyi yazıb: "İdlib ətrafında Türkiyə Silahlı Qüvvələrinin Suriya ordusuna endirdiyi zərbələr nəticəsində Suriya hərbçilərinin həlak olması, o cümlədən Suriya ordusuna aid çox sayda hərbi texnikanın məhv edilməsi ilə bağlı yayılan xəbərlər kökündən yalandır. Türkiyə hakimiyyəti bu xəbərlərlə İdlibdəki onlara bağlı silahlıların və Ən-Nüsrə terrorçularının ağır məğlubiyyətlərini gizlətməyə çalışır. Türkiyə hakimiyyəti Suriya ordusuna ağır zərbə vurmuşuq deməklə son günlərdə onlarla şəhərdən qaçmağa məcbur olan terrorçulara ruh yüksəkliyi bəxş etmək istəyir. Terrorçular ard-arda məğlubiyyət yaşadıqları üçün psixoloji cəhətdən olduqca pis durumdadırlar..."
Qeyd edək ki, terrorçu qruplaşmalar ötən gün İdlib yaxınlığındakı Nəyrib məntəqəsinə hücum etsələr də Suriya ordusu onların hücumunu dəf edərək, çox sayda təkfirçini və onlara məxsus hərbi texnikanı məhv edib.
 


Story Code: 846172

News Link :
https://www.islamtimes.org/az/news/846172/suriya-türkiyənin-yalanlarını-üzə-çıxardı

Islam Times
  https://www.islamtimes.org