0
Saturday 22 February 2020 - 23:08

Tel-Əvivdən qayıdan Koreya vətəndaşlarında korona virus aşkarlandı

Story Code : 846205
Tel-Əvivdən qayıdan Koreya vətəndaşlarında korona virus aşkarlandı
İşğalçı İsrail rejiminin kütləvi informasiya vasitələri İsrailin işğal etdiyi ərazilərə səfər edən koreyalı turistlərdə yeni növ korona virus aşkarlandığı barədə məlumat yayıb.
Debka-nın yaydığı məlumata əsasən, İsraildən Koreyaya qayıdan 39 turistin ən azı 9 nəfərinin korona virusa yoluxduğu təsdiqlənib.
Turistlərin bu virusa İsrailə gəlməzdən öncə və ya İsraildə ikən yoluxduğu hələ ki, məlum deyil. Sionist rejimi narahat edən isə budur ki, turistlər işğal altında olan Qüds, Tel-Əviv və digər şəhərlərdə yüzlərlə İsrail vətəndaşı ilə rabitədə olub.
Bundan öncə də İsraildə bir nəfərin adı çəkilən virusa yoluxduğu təsdiqlənmişdi.
İsrail rejimi vətəndaşlarından istəyib ki, əgər korona virusa yoluxduqlarından şübhələnsələr, evlərindən 2 həftə çölə çıxmasınlar.
Source : IslamTimes