QR CodeQR Code

Çində koronavirusdan xilas olan xəstələrin sayı 22888 nəfərə çatdı

23 Feb 2020 10:45

İslamTimes: Çində yeni növ koronavirus pnevmoniyasından ölənlərin sayı 2442 nəfərə çatıb, 22888 nəfər bu xəstəlikdən xilas olub.


APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR Dövlət Səhiyyə Komitəsi tərəfindən yayımlanan açıqlamada bildirilir.

Məlumata görə, gün ərzində koronavirusun yaratdığı xəstəlikdən 97 ölüm qeydə alınıb, 2230 nəfər xəstəxanadan buraxılıb. ÇXR-də yeni növ koronavirusa yoluxmuş insanların ümumi sayı 76936 nəfər olub.

Ötən gün ən çox ölüm hadisəsi Hubey əyalətində qeydə alınıb – 96 fakt. Ümumilikdə, keçən ilin dekabr ayından bəri əyalətdə 64 mindən çox yoluxma hadisəsi qeyd edilib. Şənbə günü 1742 xəstə sağalıb və evə buraxılıb.


Story Code: 846246

News Link :
https://www.islamtimes.org/az/news/846246/çində-koronavirusdan-xilas-olan-xəstələrin-sayı-22888-nəfərə-çatdı

Islam Times
  https://www.islamtimes.org