0
Sunday 23 February 2020 - 10:45

Çində koronavirusdan xilas olan xəstələrin sayı 22888 nəfərə çatdı

Story Code : 846246
Çində koronavirusdan xilas olan xəstələrin sayı 22888 nəfərə çatdı
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR Dövlət Səhiyyə Komitəsi tərəfindən yayımlanan açıqlamada bildirilir.

Məlumata görə, gün ərzində koronavirusun yaratdığı xəstəlikdən 97 ölüm qeydə alınıb, 2230 nəfər xəstəxanadan buraxılıb. ÇXR-də yeni növ koronavirusa yoluxmuş insanların ümumi sayı 76936 nəfər olub.

Ötən gün ən çox ölüm hadisəsi Hubey əyalətində qeydə alınıb – 96 fakt. Ümumilikdə, keçən ilin dekabr ayından bəri əyalətdə 64 mindən çox yoluxma hadisəsi qeyd edilib. Şənbə günü 1742 xəstə sağalıb və evə buraxılıb.