0
Sunday 23 February 2020 - 14:26

Ayətullah Xamenei seçkilərdə fədakarlıq göstərmiş bütün seçicilərə minnətdarlıq etdi

Story Code : 846263
Ayətullah Xamenei seçkilərdə fədakarlıq göstərmiş bütün seçicilərə minnətdarlıq etdi

Deyerler.org-un Mehr-ə istinadən verdiyi xəbərə görə, bütün seçicilərə təşəkkür edən ali dini lider, xalqın böyük fədakarlığı ilə düşmənin və fitnəkarların seçki öncəsi apardıqları qara piar kampaniyasını çökdürdüklərini bəyan edib.
 
"Qara piar kampaniyası seçkilərdən hələ bir neçə ay öncə başladıldı və seçkilər günü yaxınlaşdıqca daha da artdı. Seçkilərə iki gün qalmış düşmən mediası xalqın seçkilərdə iştirakının qarşısını almaq üçün xəstəlik və virus bəhanələri kimi ən xırda fürsətləri də əldən vermədilər", - deyə ali dini lider bildirib.
 
Ayətullah Xamenei düşmənlərin pis niyyətli kampaniyalarına rəğmən Allah Təalanın İran xalqının iradəsinin təcəlla etməsində yardımçı olduğunu qeyd edib. "Onlar yalnız iqtisadi, mədəni mövzular və insanların dini və inqilabi inanclarına qarşı deyil, həm də seçkilərə qarşıdırlar. İslami nizamda keçirilən seçkilər düşmənlərin dinin demokratiya və azadlığa qarşı olması barədə iddialarını heçə endirmiş olur", - deyə ali dini lider bildirib.
 
Ayətullah Xamenei eyni zamanda ölkənin müxtəlif qurumlarını hədəf almağa çalışan düşmənin fitnələrinə qarşı çıxmaq və qabaqlamaq üçün hər kəsin ayıq və bəsirətli olmasının zəruri olduğunu bildirib.
 
Qeyd edək ki, fevralın 21-də İranda parlament və Xubreqan Məclisinə (Ekspertlər Məclisi) seçkilər keçirilib. İlkin məlumatlara görə, 290 yerlik parlamentə keçirilən seçkilərdə 200-ə qədər yeri mühafizəkarlar qazanıb. İslahatçılar qanadının hələlik 17 mandat əldə etdiyi bildirilir. Tehranda keçirilən seçkilərdə 30 mandatın hamısını mühafizəkarların əldə etdiyi, Tehranın keçmiş meri Muhəmməd Baqir Qalibafın böyük səs üstünlüyü ilə birinci olduğu qeyd edilir. Onun parlamentin növbəti spikeri olması gözlənilir.
 
Source : Deyerler
Tagged
xamenei
Comment