QR CodeQR Code

Mübarəkin oğulları bəraət aldı

23 Feb 2020 11:46

İslamTimes: Misir məhkəməsi sabiq prezident Hüsnü Mübarəkin oğlanları - Ala və Camal Mübarəklə bağlı bəraət hökmü verib.


Axar.az xəbər verir ki, "birjada manipulyasiya" kimi tanınan məhkəmə işində Mübarəkin oğulları və 7 iş adamı haqqında bəraət hökmü verilib.
Qeyd edək ki, Misirdə 2012-ci ildə Mübarəkin 2 oğlu, 7 iş adamı, Misir Milli Bankının keçmiş idarə heyətindən olan 2 nəfər bankın satışından 140 milyon dollar qeyri-qanuni qazanc əldə etməkdə ittiham olunurdu.
20 sentyabr 2018-ci il tarixli məhkəmə iclasında Ala və Camal Mübarəkin maliyyə zəmanəti ilə sərbəst buraxılması barədə qərar verilmişdi.


Story Code: 846264

News Link :
https://www.islamtimes.org/az/news/846264/mübarəkin-oğulları-bəraət-aldı

Islam Times
  https://www.islamtimes.org