0
Sunday 23 February 2020 - 14:34

İtaliya A seriyasının oyunları ləğv edildi

Story Code : 846270
İtaliya A seriyasının oyunları ləğv edildi
Report-un məlumatına görə, bu barədə ölkənin baş naziri Cüzeppe Konte bəyan edib. Səbəb kimi bu regionlarda koronavirus xəstəlikləri göstərilib.
Ləğv olunmuş tədbirlər sırasına A Seriyasının "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Yeni tarixlər hələ açıqlanmır.
Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının "Askoli" - "Kromeneze" görüşü də ertələnib.
Qeyd edək ki, hazırda A Seriyasının lideri 25 oyundan 60 xal yığan "Yuventus"dur. İlk "3-lüy"ə "Latsio" (56) və "İnter" (54) də daxildir.