QR CodeQR Code

Tramp keçmiş müşavirini “satqın” adlandırdı

23 Feb 2020 15:47

İslamTimes: ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonu “satqın” adlandırıb. 


“The Washington Post” xəbər verir ki, ölkə başçısı Boltonun kitabının nəşrinə icazə verilməməsi üçün çağırış edib. 

Tramp hesab edir ki, kitabda Ağ Ev ekspertləri tərəfindən aparılmış araşdırmanın nəticələri ilə bağlı gizli məlumatlar var. 

Mütəxəssislər kitabdakı bəzi informasiyaların “yüksək gizli səviyyədə” olduğunu müəyyən ediblər. 

Qeyd edək ki, Con Bolton 2019-cu ilin oktyabrında milli təhlükəsizlik müşaviri olaraq gördüyü işlər haqqında kitab yazmaq istədiyini bildirmişdi. 


Story Code: 846272

News Link :
https://www.islamtimes.org/az/news/846272/tramp-keçmiş-müşavirini-satqın-adlandırdı

Islam Times
  https://www.islamtimes.org