0
Sunday 23 February 2020 - 22:28

HƏMAS: Sionistlərin cinayətləri gərginliyi artırdı

Story Code : 846352
HƏMAS: Sionistlərin cinayətləri gərginliyi artırdı
Əl-Məyadin kanalının verdiyi məlumata əsasən, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Favzi Barhum bildirib ki, işğalçı İsrail hərbçilərinin bu səhər törətdikləri dəhşətli cinayət sionist rejimlə Fələstin arasındakı gərginliyin daha da artmasına səbəb olub.
HƏMAS sözçüsü deyib: "Müqavimətin reaksiyası Fələstin xalqının hüquqlarının pozulmasına, sionistlərin davam etdirdiyi cinayətlərə cavabdır." 
Sionist rejim hərbçiləri bu səhər Qəzza zolağını atəşə tutublar və Məhəmməd ən-Naim adlı fələstinli şəhid edilib. Sionistlər qətlə yetirdikləri şəhidə qarşı hörmətsizlik edərək, onun cəsədini ekskavatorla kənara atıblar.
Sionist rejimin vəhşiliklərindən sonra Qüds Qüvvələri (İslami Cihad hərəkatının hərbi qanadı) bu axşam Qəzza yaxınlığındakı sionist yaşayış məntəqələrinə 20 raket zərbəsi endirib, nəticədə ən azı 3 sionist yaralanıb.
Source : IslamTimes