0
Sunday 23 February 2020 - 22:44

Hollandiya və Avstriya XİN başçıları Tehranda Zərifin qonağı olub

Story Code : 846354
Hollandiya və Avstriya XİN başçıları Tehranda Zərifin qonağı olub
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz Twitter səhifəsində hollandiyalı və avstriyalı həmkarları ilə Tehranda keçirdiyi görüşlər barədə açıqlama verib.
İran XİN başçısı deyib: Son iki gündə Hollandiya və Avstriya XİN rəhbərləri Stef Blok və Alexander Schallenberglə önəmli görüşlər keçirdik. Görüşlərdə İranla 5+1 arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının qorunmasının vacibliyinə, Avropanın verdiyi vədlərə əməl etməli olduğuna təkid edildi."
Qeyd edək ki, Hollandiya və Avstriyanın xarici işlər nazirləri şənbə və bazar günləri Tehranda Məhəmməd Cavad Zərifin qonağı olublar.
Source : IslamTimes