QR CodeQR Code

Pompeo: Avropa İranla əldə edilən razılaşmanın qorunmasını istəyir

IslamTimes , 23 Feb 2020 23:51

İslamTimes: Avropa ölkələrini İrana qarşı təzyiqi artırmağa çağıran Pompeo Avropanın İranla razılaşmanı qorumaq niyyətində olduğunu bildirib.


Sputnik xəbər verir ki, ABŞ xarici işlər naziri Mayk Pompeo anti-İran bəyanatlarının ən yenisində İslam Respublikasına qarşı təzyiqlər üçün BMT-yə müraciət etmək niyyətində olduğunu bildirib.
Pompeo bildirib ki, Donald Trampla birlikdə İrana qarşı sanksiyaların yenidən tətbiq edilməsi üçün BMT-yə müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, 20 iyul 2015-ci il tarixində BMT İranla əldə edilən Hərtərəfli Birgə Fəaliyyət Planı razılaşmasını dəstəkləyən 2231 nömrəli qətnaməni təsdiqləyib. ABŞ prezidenti Donald Tramp isə 2018-ci ildə bu qətnaməni birtərəfli şəkildə pozaraq İranla əldə edilmiş beynəlxalq razılaşmadan çıxdığını bildirib.
BMT-nin qərarlarını saya salmayan ABŞ-ın İrana təzyiq üçün bu quruma müraciət etməyə hazırlaşması Avropa ölkələri tərəfindən normal qarşılanmayıb. Pompeo özü də bildirib ki, Avropa İranla imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının qorunub saxlanılmasını istəyir. Avropa ölkələri bu razılaşmanın hər iki tərəf üçün faydalı olduğunu bildirir.


Story Code: 846360

News Link :
https://www.islamtimes.org/az/news/846360/pompeo-avropa-iranla-əldə-edilən-razılaşmanın-qorunmasını-istəyir

Islam Times
  https://www.islamtimes.org