0
Monday 24 February 2020 - 10:35

DANX: İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib

Story Code : 846387
DANX: İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib
"APA-Economics" Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın açıqlamasına istinadən xəbər verir ki, marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

"Sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq", - deyə N. Allahyarova qeyd edib.