0
Monday 24 February 2020 - 10:41

İsrail terrorçulara yardım etmək istədi, amma...

Story Code : 846392
İsrail terrorçulara yardım etmək istədi, amma...
İşğalçı İsrail rejimi Suriyanın İdlib şəhərində son nəfəslərini verən Ən-Nüsrə, Əhraruş Şam kimi terror qruplaşmalarını qurtarmaq üçün Suriya ordusuna hava zərbələri endirmək istəyib. Amma Suriyanın Hava Hücumundan Müdafiə Sistemi paytaxt Dəməşqi hədəf alan zərbələri dəf edib.
İşğalçı İsrail rejiminin bu hücumu Qolan yüksəkliklərindən həyata keçirdiyi bildirilir.
Qeyd edək ki, bir neçə həftə öncə də İsrail rejimi Hələb və digər məntəqələrdəki anti-terror əməliyyatına mane olmaq məqsədi ilə Suriya ordusuna hava zərbələri endirmişdi. Suriyanın hərbi komandanlığı Suriya hakimiyyətindən icazəsiz ölkə ərazisinə daxil olan bütün obyektlərin vurulması barədə əmr alıb.
Source : IslamTimes