0
Monday 24 February 2020 - 14:30

İran Səhiyyə Nazirliyi koronavirusdan 50 nəfərin ölməsi xəbərini təkzib edib

Story Code : 846468
İran Səhiyyə Nazirliyi koronavirusdan 50 nəfərin ölməsi xəbərini təkzib edib
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib: "Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəm". 

O qeyd edib ki, koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb: "Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir".

Ölən şəxslər Ümumdünya Səhiyyə Təşkilatının protokoluna uyğun dəfn olunacaqlar.