QR CodeQR Code

İran Səhiyyə Nazirliyi koronavirusdan 50 nəfərin ölməsi xəbərini təkzib edib

24 Feb 2020 14:30

İslamTimes: "Qum şəhərində 50 nəfərin koronavirdan ölməsi ilə bağlı yayılan xəbəri təkzib edirik". 


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib: "Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəm". 

O qeyd edib ki, koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb: "Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir".

Ölən şəxslər Ümumdünya Səhiyyə Təşkilatının protokoluna uyğun dəfn olunacaqlar.


Story Code: 846468

News Link :
https://www.islamtimes.org/az/news/846468/iran-səhiyyə-nazirliyi-koronavirusdan-50-nəfərin-ölməsi-xəbərini-təkzib-edib

Islam Times
  https://www.islamtimes.org