QR CodeQR Code

Rusiya səfiri: “Putinin Dəməşq səfəri Moskvanın Suriyanı tərk etməyəcəyini göstərdi”

24 Feb 2020 16:06

İslamTimes: Rusiya Dəməşqdəki səfiri, Suriya ordusunu terrorçular və üsyançılar üzərində daha bir qələbə münasibətilə təbrik edərək, prezident Putinin Dəməşqə səfərini tarixi səfər kimi qiymətləndirib.


"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Aleksandır Yefimov Suriyanın Al-Vatan qəzetinə verdiyi müsahibədə Rusiya Hərbi Hava Qüvvələrinin və hərbi məsləhətçilərinin dəstəyi ilə əldə edilən mühüm qələbə münasibətilə Suriya ordusunu təbrik edib. Rus diplomat, terrorun tamamilə ortadan qaldırılması üçün qanuni missiyasını yerinə yetirmək üçün Dəməşqin İdlib və Hələbdə hərbi əməliyyatlara başlamaq hüququnu da tanıyıb. Rusiya prezidentinin Dəməşqə son səfərinə toxunan rusiyalı diplomat, Putinin səfərinin, Moskvanın terrorizmlə mübarizədə Suriya xalqının köməyindən əsla imtina etməyəcəyini göstərdiyini qeyd edib. Rusiyanın Dəməşqdəki səfiri daha sonra amerikalıların Suriyanın şimalındakı hərbi varlığına toxunaraq, Fərat çayının şərqində xarici qüvvələrin, xüsusən də amerikalıların olması Suriyanın suverenliyini pozduğunu və Suriyanın mərkəzi hökuməti ilə kürdlər arasında hər hansı bir dialoqda müsbət nəticələrin əldə edilməsinin qarşısını aldığını söyləyib. ABŞ yürütdüyü siyasətlə bəzi partiyalar arasında separatçı istəkləri oyatmağa və öz geosiyasi və hətta iqtisadi məqsədlərini yerli sakinlərin köməyi ilə reallaşdırmağa çalışır. Onun sözlərinə görə, Suriyanın şimalındakı vəziyyətin yeganə həlli ərazidə qanunsuz yerləşdirilən xarici qoşunların tamamilə çıxarılmasıdır.

 


Story Code: 846474

News Link :
https://www.islamtimes.org/az/news/846474/rusiya-səfiri-putinin-dəməşq-səfəri-moskvanın-suriyanı-tərk-etməyəcəyini-göstərdi

Islam Times
  https://www.islamtimes.org