0
Monday 24 February 2020 - 17:24

Suriya ordusu: “Ölkənin hava məkanını pozan təyyarə vurulacaq”

Story Code : 846490
Suriya ordusu: “Ölkənin hava məkanını pozan təyyarə vurulacaq”
Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Suriya Silahlı Qüvvələri Komandanlıq Mərkəzinin verdiyi açıqlamada, hava hücumundan müdafiə qüvvələrinin ölkənin hava məkanını qanunsuz olaraq pozan təyyarələrə birbaşa atəş edilməsi əmrinin verildiyi bildirilib: “Suriyanın hava məkanını pozan istənilən təyyarə hava məkanımıza icazə verilməyən düşmən hədəfi sayılacaq. Bu aşkar edildikdən sonra, təqib olunacaq və hava məkanımızı pozan kimi məhv ediləcək”
Bəyanatda Suriya hava məkanına qarşı istənilən pozuntu halının xaricdən bir təcavüz aktı kimi qəbul ediləcəyi bildirilib.
“Hava hücumundan müdafiə qüvvələri bütün mövcud vasitələri ilə müqavimət göstərişi aldı”, - deyə bəyanatda qeyd olunub.