0
Monday 24 February 2020 - 18:32

Londonda Culian Assancın ekstradisiyası üzrə məhkəmə keçirilir

Story Code : 846505
Londonda Culian Assancın ekstradisiyası üzrə məhkəmə keçirilir
APA-nın London bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, Londonda “Woolwich Crown” məhkəməsində Culian Assancın ekstradisiyası üzrə məhkəmə keçirilir. 

ABŞ-ı təmsil edən hüquqşünas James Lewis ekstradisiya məkhəməsinin ilk günündə Culian Assancın ABŞ-a məxsus məxfi materialları yayaraq insanların həyatlarını təhlükəyə atdığını bildirib. O, ABŞ-a İraq və Əfqanıstandakı müharibələrdə kömək edən şəxslərin məlumatlarının “Wikileaks” tərəfindən yayıldığını, bununla da həmin şəxslərin ciddi təhlükə, hətta ölüm təhlükəsi ilə qarşı-qarşıya qaldıqlarını qeyd edib. 

Qeyd edək ki, Assancın məhkəməsində bu həftə qanuni dəlillər dinləniləcək. Daha sonra isə may ayında keçiriləcək üç həftəlik məhkəmə iclasında sübutlar təqdim ediləcək. 

Xatırladaq ki, Culian Assanc ABŞ tərəfindən espionaj və hökumət kompüterlərindən məlumat sızdırmaq səbəblərindən 18 ittiham üzrə axtarışdadır. C.Assanc, ABŞ-a ekstradisiya edilsə, bu ittihamlara görə 175 illik həbs edilə bilər. Culian Assanc hazırda Britaniyada Belmarsh həbsxanasında saxlanılır. O, 2012-ci ildə Londondakı Ekvador səfirliyindən siyasi sığıncaq almışdı.