0
Monday 24 February 2020 - 19:01

Lavrov: "İdlibdə terrorçulara zərbə endirilməsində gözlənilməz heç nə yoxdur"

Story Code : 846512
Lavrov: "İdlibdə terrorçulara zərbə endirilməsində gözlənilməz heç nə yoxdur"
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Rusiya hərbi aviasiyasının İdlibi bombalaması ilə bağlı xəbərləri şərh edən rusiyalı nazir bunun gözlənilməz olmadığını söyləyib: "Suriya ilə bağlı Türkiyə və Rusiya prezidentləri arasındakı sazişlər çərçivəsində heç kəs terrorçulara cavab zərbələri endirməyəcəyi barədə razılaşmayıb. Ona görə də İdlibdə terrorçuların bombalanmasında gözlənilməz heç bir şey yoxdur. Əminəm ki, İdlibdə olan türkiyəli hərbçilər də hər şeyi yaxşı anlayır və görür".