QR CodeQR Code

Qum şəhərində koronavirusa yoluxmuş 21 nəfər müalicə olunaraq evə buraxılıb

IslamTimes , 24 Feb 2020 23:09

İslamTimes: İranda koronavirusla mübarizə aparan həkimlərin təlaşları müsbət nəticə verib


FarsNews xəbər agentliyinin verdiyi məlumata əsasən, İran İslam Respublikasının Qum şəhərində koronavirusa yoluxmuş xəstələrdən 21-i tam şəkildə müalicə olunaraq, virusdan xilas olub və evə buraxılıb. Xəstələrin 13-ü Kamkar, 8-i isə Furqani xəstəxanasında müalicə olunub.
İran Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Təvəkküli bildirib ki, Qum şəhərində xəstəxanalar tam təchiz olunmuş vəziyyətdədir. Artıq xəstələrin koronavirusa yoluxub-yoluxmadığını müəyyən etmək üçün onlardan alınmış nümunələr Tehrana göndərilmir. Virusun təyin olunma prosesi Qum şəhərində baş tutur.
Məhəmməd Təvəkküli bildirib ki, indiyədək 320 nəfər koronavirusa yoluxma şübhəsi ilə xəstəxanalara yerləşdirilsə də onların çoxunda mövsümlə əlaqəli qrip müəyyən edilib.

 


Story Code: 846571

News Link :
https://www.islamtimes.org/az/news/846571/qum-şəhərində-koronavirusa-yoluxmuş-21-nəfər-müalicə-olunaraq-evə-buraxılıb

Islam Times
  https://www.islamtimes.org