QR CodeQR Code

Trampın Hindistana səfəri zamanı Dehli qarışdı - 7 etirazçı qətlə yetirildi

IslamTimes , 25 Feb 2020 10:54

İslamTimes: Donald Trampın Hindistana səfər etməsi ilə eyni gündə Dehlidə etirazlar baş qaldırdı


"Reuters" xəbər agentliyinin məlumatına əsasən, ABŞ prezidenti Donald Trampın Hindistanın Heydərabad şəhərinə səfəri ilə eyni gündə Yeni Dehli şəhərində etiraz aksiyaları başlayıb. Aksiyalara səbəb isə Hindistan hakimiyyətinin bütün dünyada etirazla qarşıladığı yeni qanunu olub. Belə ki, Hindistan hakimiyyəti Kəşmir və Camo məntəqəsində qeyri-müsəlman əhaliyə Hindistan vətəndaşlığı verilməsi ilə bağlı qanun layihəsini qəbul edib. Bu qanuna etiraz edən və onu dəstəkləyən qruplar Dehli şəhərində üz-üzə gəldikdən sonra ciddi qarşıdurma yaşanıb.
BBC kanalı etirazçıların qarşıdurması zamanı 7 nəfərin öldüyü, 90 nəfərin isə yaralandığı barədə xəbər yayıb. 
Guru Tegh Bahadur xəstəxanasının məsullarından olan Raceş Kalra bildirib ki, xəstəxanaya gətirilən yaralılardan bəzilərinə odlu silahdan atəş açılıb.


Story Code: 846636

News Link :
https://www.islamtimes.org/az/news/846636/trampın-hindistana-səfəri-zamanı-dehli-qarışdı-7-etirazçı-qətlə-yetirildi

Islam Times
  https://www.islamtimes.org