0
Tuesday 25 February 2020 - 10:54

Trampın Hindistana səfəri zamanı Dehli qarışdı - 7 etirazçı qətlə yetirildi

Story Code : 846636
Trampın Hindistana səfəri zamanı Dehli qarışdı - 7 etirazçı qətlə yetirildi
"Reuters" xəbər agentliyinin məlumatına əsasən, ABŞ prezidenti Donald Trampın Hindistanın Heydərabad şəhərinə səfəri ilə eyni gündə Yeni Dehli şəhərində etiraz aksiyaları başlayıb. Aksiyalara səbəb isə Hindistan hakimiyyətinin bütün dünyada etirazla qarşıladığı yeni qanunu olub. Belə ki, Hindistan hakimiyyəti Kəşmir və Camo məntəqəsində qeyri-müsəlman əhaliyə Hindistan vətəndaşlığı verilməsi ilə bağlı qanun layihəsini qəbul edib. Bu qanuna etiraz edən və onu dəstəkləyən qruplar Dehli şəhərində üz-üzə gəldikdən sonra ciddi qarşıdurma yaşanıb.
BBC kanalı etirazçıların qarşıdurması zamanı 7 nəfərin öldüyü, 90 nəfərin isə yaralandığı barədə xəbər yayıb. 
Guru Tegh Bahadur xəstəxanasının məsullarından olan Raceş Kalra bildirib ki, xəstəxanaya gətirilən yaralılardan bəzilərinə odlu silahdan atəş açılıb.
Source : IslamTimes