QR CodeQR Code

ŞOK: Bakıda polis əməkdaşı qardaşı tərəfindən qətlə yetirildi

25 Feb 2020 12:49

İslamTimes: Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.


DİN-dən APA-ya verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edib.
Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - Araz Ramazanov saxlanılıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Anar Ramazanov Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı olub.


Story Code: 846654

News Link :
https://www.islamtimes.org/az/news/846654/şok-bakıda-polis-əməkdaşı-qardaşı-tərəfindən-qətlə-yetirildi

Islam Times
  https://www.islamtimes.org