0
Tuesday 25 February 2020 - 16:43

Ərdoğandan qəribə açıqlama

Story Code : 846691
Ərdoğandan qəribə açıqlama
Bu gün Azərbaycana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərdən öncə dünya mətbuatında müzakirələrə səbəb olacaq açıqlama verib. O deyib: “Rusiya təkzib etsə də biz bilirik ki, o Suriyada rejim qüvvələrinə ən yüksək səviyyədə dəstək verir..."
Türkiyə prezidentinin nə üçün belə bir açıqlama verməsi bütün dünyada maraqla qarşılanıb. Rusiya dövlət rəsmiləri, hətta prezident Vladimer Putin şəxsən dəfələrlə açıq şəkildə bildirib ki, Rusiya terrorizmin kökünü kəsmək üçün Suriya hakimiyyətinə bütün zəminlərdə yardım edəcək. 
Rusiya prezidenti yanvar ayında Suriyaya səfəri zamanı da Bəşar Əsədi terrorçular üzərindəki nailiyyətlərə görə təbrik edərək, Rusiyanın Suriya ordusuna dəstək olmağa davam edəcəyini açıq şəkildə bəyan edib. 
Source : IslamTimes