QR CodeQR Code

Ərdoğandan qəribə açıqlama

IslamTimes , 25 Feb 2020 16:43

İslamTimes: Ərdoğandan hər zaman Suriya hakimiyyətinin yanında olduğunu bildirən Rusiya haqda qəribə açıqlama


Bu gün Azərbaycana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərdən öncə dünya mətbuatında müzakirələrə səbəb olacaq açıqlama verib. O deyib: “Rusiya təkzib etsə də biz bilirik ki, o Suriyada rejim qüvvələrinə ən yüksək səviyyədə dəstək verir..."
Türkiyə prezidentinin nə üçün belə bir açıqlama verməsi bütün dünyada maraqla qarşılanıb. Rusiya dövlət rəsmiləri, hətta prezident Vladimer Putin şəxsən dəfələrlə açıq şəkildə bildirib ki, Rusiya terrorizmin kökünü kəsmək üçün Suriya hakimiyyətinə bütün zəminlərdə yardım edəcək. 
Rusiya prezidenti yanvar ayında Suriyaya səfəri zamanı da Bəşar Əsədi terrorçular üzərindəki nailiyyətlərə görə təbrik edərək, Rusiyanın Suriya ordusuna dəstək olmağa davam edəcəyini açıq şəkildə bəyan edib. 


Story Code: 846691

News Link :
https://www.islamtimes.org/az/news/846691/ərdoğandan-qəribə-açıqlama

Islam Times
  https://www.islamtimes.org