QR CodeQR Code

"Bu gün əsas məsələ Trampın yenidən prezident seçilməməsidir"

IslamTimes , 25 Feb 2020 21:16

İslamTimes: Hillari Klinton Donald Trampın yenidən prezident seçilməməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib


Belin Film Festivalında iştirak edən ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton bildirib ki, Berni Sanders partiya daxili rəqabətdə qalib gələrsə, 2020-ci il ABŞ prezident seçkilərində onu dəstəkləyəcək.

2016-cı il prezident seçkilərində Demokrat Partiyasının partiyadaxili seçkilərində Sandersə qalib gələn Hillari Klinton bildirib ki, onun üçün bu gün əsas hədəf Donald Trampın yenidən prezident seçilməməsidir. 

Xanım Klinton əlavə edib: "Partiyadan kimin namizəd olaraq seçiləcəyini gözləməliyik. Kim seçilsə mən həmin namizədi dəstəkləyəcəyəm. Gərək hazırkı prezident Donlad Trampın təqaüdə çıxması üçün əlimizdən gələni edək."

Qeyd edək ki, ABŞ-da keçirilən sorğulardan sonra Vermontdan olan 78 yaşlı senator Berni Sandersin Donald Trampla mübarizə üçün ən yaxşı seçim olduğu bildirilir.


Story Code: 846754

News Link :
https://www.islamtimes.org/az/news/846754/bu-gün-əsas-məsələ-trampın-yenidən-prezident-seçilməməsidir

Islam Times
  https://www.islamtimes.org