QR CodeQR Code

Ən sevilən və ən çox nifrət edilən liderlər kimlərdir?

IslamTimes , 25 Feb 2020 22:22

İslamTimes: Beynəlxalq araşdırma şirkəti “Gallup" dünyada ən çox sevilən və nifrət edilən siyasətçilərin siyahısını açıqlayıb


"Gallup" keçirdiyi sorğu ilə 2019-cu ildə dünyada ən çox sevilən və ən çox nifrət edilən dünya liderlərinin kimliyini təyin edib. 51 ölkədə keçirilən sorğuda Angela Merkel ən sevilən siyasətçi olub. Merkel ümumi səsvermədə 45 faiz səslə ən çox sevilən siyasətçi seçilsə də Türkiyə, Çexiya və Rusiyada əksər insanların ona nifrət etdiyi üzə çıxıb. 

Öz ölkəsində əksər fransızların görmək belə istəmədiyi Makron ümumi səsvermədə 2-ci sevilən siyasi lider olub. 

Şərqi Avropada, Asiyada, Rusiyanın özündə belə əksəriyyətin sevimlisi olan Putin 3-cü ən sevilən siyasi liderdir.

Amma ən nifrət edilən siyasətçilərin başında yenə də dünyanı qatıb-qarışdıran ölkə rəhbərləridir. Ən mənfur simalar siyahısına ABŞ prezidenti Donald Tramp, işğalçı İsrail rejimi baş naziri Benyamin Netanyahu və Səudiyyə padşahı Salman bin Əbdüləziz liderlik edir.


Story Code: 846768

News Link :
https://www.islamtimes.org/az/news/846768/ən-sevilən-və-ən-çox-nifrət-edilən-liderlər-kimlərdir

Islam Times
  https://www.islamtimes.org