0
Tuesday 25 February 2020 - 22:22

Ən sevilən və ən çox nifrət edilən liderlər kimlərdir?

Story Code : 846768
Ən sevilən və ən çox nifrət edilən liderlər kimlərdir?
"Gallup" keçirdiyi sorğu ilə 2019-cu ildə dünyada ən çox sevilən və ən çox nifrət edilən dünya liderlərinin kimliyini təyin edib. 51 ölkədə keçirilən sorğuda Angela Merkel ən sevilən siyasətçi olub. Merkel ümumi səsvermədə 45 faiz səslə ən çox sevilən siyasətçi seçilsə də Türkiyə, Çexiya və Rusiyada əksər insanların ona nifrət etdiyi üzə çıxıb. 

Öz ölkəsində əksər fransızların görmək belə istəmədiyi Makron ümumi səsvermədə 2-ci sevilən siyasi lider olub. 

Şərqi Avropada, Asiyada, Rusiyanın özündə belə əksəriyyətin sevimlisi olan Putin 3-cü ən sevilən siyasi liderdir.

Amma ən nifrət edilən siyasətçilərin başında yenə də dünyanı qatıb-qarışdıran ölkə rəhbərləridir. Ən mənfur simalar siyahısına ABŞ prezidenti Donald Tramp, işğalçı İsrail rejimi baş naziri Benyamin Netanyahu və Səudiyyə padşahı Salman bin Əbdüləziz liderlik edir.
Source : IslamTimes