0
Wednesday 26 February 2020 - 01:52

Əli Əkbər Vilayəti: "Koronavirusa yoluxan xəstələrin çoxu sağalmağa başlayıb"

Story Code : 846791
Əli Əkbər Vilayəti: "Koronavirusa yoluxan xəstələrin çoxu sağalmağa başlayıb"
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Əli Əkbər Velayati bu gün (25 fevral) keçirdiyi mətbuat konfransında, Kovid-19 adlı koronavirusun qarşısını almaq vəzifəsinin, ölkədə olan qrip epidemiyası ilə mübarizə etməkdən daha çətin olmadığını söyləyib: “Xəstəliyə nəzarət etmək üçün görülən tədbirləri nəzərə alaraq, yaxın günlərdə daha yaxşı xəbərlər alacağıq və narahatlığa səbəb yoxdur”. Vilayəti, həmçinin epidemiyanın yayılmasının azalacağını və xəstəliyin qarşısı alınacağını bildirib.
O, həmçinin Masih Daneşvari Xəstəxanasının ölkənin epidemiya ilə mübarizədə ön sıralarda olduğunu söyləyib və bu müəssisədə xəstəxanaya yerləşdirilən şübhəli 104 koronavirus hadisəsinin 50%-nin ya tam sağaldığını, ya da yaxşılaşdığını bildirib.
Vilayəti yaşlı xəstələr və şəkərli diabet və böyrək problemləri olanların virus qarşısında daha həssas olduğunu bildirib.
Bu arada, İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Kiyanoş Cahanpur İranda təsdiqlənmiş koronavirus hallarının sayının 95-ə yüksəldiyini, onlardan 15-nin öldüyünü açıqlayıb: “Son 24 saat ərzində 34 yeni koronavirus hadisəsinə rast gəlindi. Bunlardan 16-sı Qumda, 9-u Tehranda, biri Farsda, ikisi Mazandaran və Gilan əyalətlərində, biri Nişapurda, ikisi Alborzda və biri də Qəşmdədir”.