QR CodeQR Code

Əli Əkbər Vilayəti: "Koronavirusa yoluxan xəstələrin çoxu sağalmağa başlayıb"

26 Feb 2020 01:52

İslamTimes: Ali Dini Lider Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri və Tehrandakı Məsih Daneşvəri Xəstəxanasının müdiri Əli Əkbər Velayati fevralın 25-i verdiyi açıqlamasında, koronavirus infeksiyasının yayılma sürətinin getdikcə yavaşladığını bildirib.


Deyerler.org Mehrə istinadən xəbər verir ki, Əli Əkbər Velayati bu gün (25 fevral) keçirdiyi mətbuat konfransında, Kovid-19 adlı koronavirusun qarşısını almaq vəzifəsinin, ölkədə olan qrip epidemiyası ilə mübarizə etməkdən daha çətin olmadığını söyləyib: “Xəstəliyə nəzarət etmək üçün görülən tədbirləri nəzərə alaraq, yaxın günlərdə daha yaxşı xəbərlər alacağıq və narahatlığa səbəb yoxdur”. Vilayəti, həmçinin epidemiyanın yayılmasının azalacağını və xəstəliyin qarşısı alınacağını bildirib.
O, həmçinin Masih Daneşvari Xəstəxanasının ölkənin epidemiya ilə mübarizədə ön sıralarda olduğunu söyləyib və bu müəssisədə xəstəxanaya yerləşdirilən şübhəli 104 koronavirus hadisəsinin 50%-nin ya tam sağaldığını, ya da yaxşılaşdığını bildirib.
Vilayəti yaşlı xəstələr və şəkərli diabet və böyrək problemləri olanların virus qarşısında daha həssas olduğunu bildirib.
Bu arada, İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Kiyanoş Cahanpur İranda təsdiqlənmiş koronavirus hallarının sayının 95-ə yüksəldiyini, onlardan 15-nin öldüyünü açıqlayıb: “Son 24 saat ərzində 34 yeni koronavirus hadisəsinə rast gəlindi. Bunlardan 16-sı Qumda, 9-u Tehranda, biri Farsda, ikisi Mazandaran və Gilan əyalətlərində, biri Nişapurda, ikisi Alborzda və biri də Qəşmdədir”.


Story Code: 846791

News Link :
https://www.islamtimes.org/az/news/846791/əli-əkbər-vilayəti-koronavirusa-yoluxan-xəstələrin-çoxu-sağalmağa-başlayıb

Islam Times
  https://www.islamtimes.org