QR CodeQR Code

Fransa parlamenti Liviyadakı əməliyyatların davamına razılıq verdi

ANS , 13 Jul 2011 08:52

IslamTimes - Ötən gün Fransanın xarici işlər naziri Alen Jüpe Müəmmər Qəddafinin hakimiyyətdən getməyə hazır olduğunu açıqlayıb. Amma Fransa parlamenti Liviyada əməliyyatların davam etdirilməsinə səs verib


Fransa palamenti Liviyadakı hərbi əməliyyatların davam etdiriməsinə “yaşıl işıq” yandırıb. Milli Şuranın ardınca Senat da bu qərarı qəbul edib.

Hər iki palatada Fransa kontingentinin Liviyadakı NATO kampaniyasında iştirakının lehinə mütləq əksəriyyət səs verib - müvafiq olaraq 482 və 311 deputat. Qərarın əleyhinə yalnız kommunistlər və “yaşıllar” səs veriblər. Səsvermənin nəticələri sürpriz olmayıb. Fransanın əsas siyasi qüvvələri əvvəlcədən mövqelərini razılaşdırmışdılar.


Story Code: 84681

News Link :
https://www.islamtimes.org/az/news/84681/fransa-parlamenti-liviyadakı-əməliyyatların-davamına-razılıq-verdi

Islam Times
  https://www.islamtimes.org