QR CodeQR Code

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib

26 Feb 2020 09:33

İslamTimes: Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.


Bu barədə APA-ya Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. 

Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü.

Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. 

 


Story Code: 846833

News Link :
https://www.islamtimes.org/az/news/846833/sabiq-daxili-işlər-naziri-isgəndər-həmidov-vəfat-edib

Islam Times
  https://www.islamtimes.org