0
Wednesday 26 February 2020 - 10:00

Fransada 2, İspaniyada 5 yeni koronavirusa yoluxma aşkarlanıb

Story Code : 846836
Fransada 2, İspaniyada 5 yeni koronavirusa yoluxma aşkarlanıb
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə Baş direktoru Jerome Salomon yerli televiziyaya açıqlamasında bildirib. 

Onun sözlərinə görə, yoluxanlardan biri fevralın 7-də Fransaya gələn çinli qadındır. O, Parisdə xəstəxanaya yerləşdirilib. 

İkinci xəstə isə ölkəyə İtaliyanın Lombardiya bölgəsindən qayıdan fransızdır. O isə Fransanın cənub-şərqindəki Auvergne-Rone-Alpe bölgəsində xəstəxanada nəzarət altındadır. 

İspaniyada da yeni virusa yoluxanların sayı artıb. 

Ötən gün İspaniyanın Tenerife adasında (Kanar adaları) 5 yoluxma hadisəsi qeydə alınıb.

Sanitar nəzarətə götürülən xəstələrin İtaliyadan qayıtdıqlar bildirilir.