0
Wednesday 26 February 2020 - 10:25

Nyu-Dehlidə qarşıdurmalar zamanı 13 nəfər ölüb, 150-dən çox etirazçı yaralanıb

Story Code : 846840
Nyu-Dehlidə qarşıdurmalar zamanı 13 nəfər ölüb, 150-dən çox etirazçı yaralanıb
APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.

Bildirilib ki, 150-dən çox etirazçı yaralanıb, qurbanlar arasında yetkinlik yaşına çatmayanlar var.

Paytaxtın şimal-şərq bölgələrində müvafiq qanuna dəyişikliyə etiraz edənlərə qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Həmin ərazidə hökumət bütün özəl və dövlət məktəblərinin müvəqqəti bağlanmasına qərar verib. Kütləvi tədbir və yığıncaqlar qadağan edilib. Şəhərin şimal-şərqində komendant saatı tətbiq edilib. 

Qeyd edək ki, vətəndaşlıq haqqında yeni qanun ölkədə yaşayan müsəlmanların etirazına səbəb olub. Qanuna edilən düzəlişlərə əsasən, Cənubi Asiya ölkələrinin qeyri-müsəlman vətəndaşları asan yolla Hindistan vətəndaşlığı ala bilər. Hindistan bu qanunu qeyri-müsəlmanların yaşadığı ölkələrdə təzyiqlərə məruz qaldıqları bəhanəsi ilə qəbul edib. Lakin bu, müsəlmanlara şamil edilmir. Hökumətin bu addımı hindistanlı müsəlmanların kəskin etirazlarına səbəb olub. Bu səbəbdən ötən ilin dekabr ayından ölkə daxilində tez-tez etiraz aksiyaları keçirilir.