0
Wednesday 26 February 2020 - 10:43

İtaliyada koronavirusdan ümumilikdə 10 nəfər ölüb

Story Code : 846844
İtaliyada koronavirusdan ümumilikdə 10 nəfər ölüb
APA TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı İtaliya Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

Onun sözlərinə görə, son saatlarda ölən üç nəfər yaşı 80-dən yuxarı olan insanlardır: “Yoluxanların əksəriyyəti - 240 nəfəri Lombardiyadadır”. 

Departament rəhbəri qeyd edib ki, Siciliyada bu xəstəliyə yoluxanların sayı isə üçə çatıb.