QR CodeQR Code

NewsWeek: ABŞ koronavirusun yayılmasına səbəb olur

IslamTimes , 26 Feb 2020 11:50

İslamTimes: NewsWeek jurnalı ABŞ-ın bir çox ölkəyə tətbiq etdiyi sanksiyalarla koronavirusla mübarizədə ciddi problemlərə səbəb olduğunu bildirib


NewsWeek jurnalı ABŞ-ın iqtisadi sanksiyalarının koronavirusla mübarizədə İran üçün problemlərə səbəb olduğunu iddia edib. ABŞ-ın bir çox ölkələrə sanksiya tətbiq etməsi bu ölkələrin lazım olan dərman preparatlarını əldə edə bilməməsinə, nəticədə virusun daha geniş şəkildə yayılmasına səbəb olur.

Jurnalda dərc olunan məqalədə qeyd edilir ki, ABŞ-ın sanksiyaları İran vətəndaşlarının adı koronavirus və onun yayılması barədə zəruri məlumatlar əldə edilməsi imkanlarını məhdudlaşdırır.

Londonda fəaliyyət göstərən "Article 19" (ifadə azadlığı) təşkilatı bəyanat yayaraq bildirib ki, iranlılar ABŞ-ın sanksiyaları səbəbiylə Johns Hopkins universitetinin məlumat bazasından faydalana bilmirlər.

İran sanksiya tətbiq olunmuş ölkələr arasında xüsusi ilə tibb sahəsində inkişaf etmiş ölkə olduğu üçün ciddi problemlə üzləşməyib. NewsWeek, adının çəkilməsini istəməyən İran rəsmisindən sitat gətirərək bildirib ki, hazırda İran ehtiyaclarının təxminən 95%-97%-ni ölkə daxilində istehsal edir. İslam Respublikası hətta digər ölkələri də öz istehsalı olan dərman preparatları ilə təmin edir.

İranlı rəsmi əlavə olaraq bildirib: "ABŞ və Avropa ölkələrinin nüvə sazişindən sonra, razılaşmalara əməl etməməsi səbəb oldu ki, iranlı gənclər Qərbin etibar ediləcək olmadığına əmin olsunlar. Xalqımız gördü ki, Qərblə danışıqlara gedib, əlaqə qursan belə nəticə əldə etməyəcəksən! Bu səbəbdən də Qərbdən asılılıq azaldı və hazırda ölkənin ehtiyaclarının 95%-97%-ni daxildə istehsal edirik!"


Story Code: 846864

News Link :
https://www.islamtimes.org/az/news/846864/newsweek-abş-koronavirusun-yayılmasına-səbəb-olur

Islam Times
  https://www.islamtimes.org