QR CodeQR Code

Sanders: Beytül-Müqəddəsdəki səfirliyi Tel-Əvivə köçürəcəyəm

IslamTimes , 26 Feb 2020 13:18

İslamTimes: ABŞ prezidentliyinə namizəd Berni Sanders seçkilərdə qalib gələcəyi təqdirdə işğalçı İsrail rejimindəki ABŞ səfirliyinin yenidən Tel-Əvivə köçürüləcəyini bildirib


Demokrat Partiyasının öncül namizədi olan 78 yaşlı Berni Sanders deyib: "Noyabr ayında keçiriləcək 2020-ci il ABŞ prezident seçkilərində qalib gəlsəm ABŞ-ın İsraildəki səfirliyini Beytül-Müqəddəsdən Tel-Əvivə köçürəcəyəm..."

Sanders bu gün demokrat namizədlərin debatı zamanı jurnalistlərin işğalçı İsrail ilə bağlı suallarına yəhudi bir senator olaraq belə cavab verib: "Bizim gələcək planlarımızda ABŞ səfirliyinin yenidən Tel-Əvivə qaytarılması da var."

"The Times of Israel"-in verdiyi məlumata əsasən, Sanders Benyamin Netanyahunun irqçi olduğunu bildirərək deyib: "Nəzərimcə İsrail bu gün Netanyahunun varlığı ilə irqçi, mürtəce bir siyasətçi tərəfindən idarə olunur."

Berni Sanders İsraillə bağlı siyasəti haqda deyib: "ABŞ İsrailin təhlükəsizliyi, müstəqilliyi ilə bağlı siyasətində dəyişiklik etməyəcək. Amma Fələstin xalqının çəkdiyi, əzab-əziyyətlərə də göz yummaq olmaz."


Story Code: 846897

News Link :
https://www.islamtimes.org/az/news/846897/sanders-beytül-müqəddəsdəki-səfirliyi-tel-əvivə-köçürəcəyəm

Islam Times
  https://www.islamtimes.org