0
Wednesday 26 February 2020 - 14:10

Donald Trampa qarşı aksiyalarda 20 nəfər öldü, 190 yaralı var

Story Code : 846929
Donald Trampa qarşı aksiyalarda 20 nəfər öldü, 190 yaralı var
Fransanın AFP xəbər agentliyi Hindistan xəstəxanalarındakı mənbələrə istinadən bildirib ki, ABŞ prezidenti Donald Trampın Hindistanda səfərinə etiraz olaraq aksiya keçirən 20 etirazçı həlak olub. Etirazçılar Hindistan təhlükəsizlik qüvvələrinin dəmir yumruqları ilə üzləşib, toqquşma zamanı 190-dan çox aksiya iştirakçısı yaralanıb. Bəzi yaralılara odlu silahdan atəş açıldığı bildirilir.

Reuters xəbər verir ki, Hindistanda vətəndaşlıq haqqında yeni qanuna bir neçə aydır ki müsəlmanlar etiraz olaraq aksiya keçirir. Amma ABŞ prezidenti Donald Trampın bu ölkəyə səfər etməsi aksiyaların yeni dalğasının başlamasına səbəb olub. Dünyada müsəlmanlara qarşı yürütdüyü siyasətlə məşhur olan Trampın "Hindistan hökuməti ilə müsəlmanlara qarşı haqsızlıqlar haqqında danışdım" deməsi Hindistanda müsəlmanları daha da qəzəbləndirib. Onlar Trampın ikiüzlü olduğunu bildirərək ona qarşı müxtəlif şüarlar səsləndiriblər.

Qeyd edək ki, son bir neçə gündə Hindistan müsəlmanlarına məxsus ticarət obyektlərinə, müsəlmanların özlərinə, müqəddəs məkanlara hücum halları da qeydə alınıb.
Source : IslamTimes