QR CodeQR Code

Ruhani Pompeonun koronavirusla bağlı ittihamına cavab verib

IslamTimes , 26 Feb 2020 14:36

İslamTimes: İran Prezidenti Həsən Ruhani ABŞ Dövlət katibi Mayk Pompeonun koronavirusla bağlı ittihamına cavab verib


İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bildirib ki, amerikalılar öz ölkələrində qripdən ölən minlərlə insan haqda düşünməlidirlər.

Qeyd edək ki, koronavirus yayıldıqdan sonra məlum olub ki, Amerikada son bir neçə ay ərzində 16 min nəfər qripdən həlak olub. Milyonlarla amerikalı müxtəlif növ qrip viruslarına yoluxub. Amma Amerika təbliğat maşınları bu dəhşətli olayı deyil, məhz koronavirus xəstəliyini dünyaya qorxunc hadisə kimi nümayiş etdirir.

Həsən Ruhani bildirib ki, İranda koronavirusun qarşısının alınması istiqamətində müsbət addımlar atılıb və xəstələrin vəziyyəti normallaşır.

ABŞ Dövlət katibi M. Pompeo İranı koronavirusla bağlı vacib informasiyaları gizlətməkdə ittiham etmişdi.  


Story Code: 846937

News Link :
https://www.islamtimes.org/az/news/846937/ruhani-pompeonun-koronavirusla-bağlı-ittihamına-cavab-verib

Islam Times
  https://www.islamtimes.org