0
Wednesday 26 February 2020 - 14:36

Ruhani Pompeonun koronavirusla bağlı ittihamına cavab verib

Story Code : 846937
Ruhani Pompeonun koronavirusla bağlı ittihamına cavab verib
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bildirib ki, amerikalılar öz ölkələrində qripdən ölən minlərlə insan haqda düşünməlidirlər.

Qeyd edək ki, koronavirus yayıldıqdan sonra məlum olub ki, Amerikada son bir neçə ay ərzində 16 min nəfər qripdən həlak olub. Milyonlarla amerikalı müxtəlif növ qrip viruslarına yoluxub. Amma Amerika təbliğat maşınları bu dəhşətli olayı deyil, məhz koronavirus xəstəliyini dünyaya qorxunc hadisə kimi nümayiş etdirir.

Həsən Ruhani bildirib ki, İranda koronavirusun qarşısının alınması istiqamətində müsbət addımlar atılıb və xəstələrin vəziyyəti normallaşır.

ABŞ Dövlət katibi M. Pompeo İranı koronavirusla bağlı vacib informasiyaları gizlətməkdə ittiham etmişdi.  
Source : IslamTimes