1
Thursday 27 February 2020 - 03:24

Dünyada baş verən hadisələr və zühur əlamətləri (II hissə)

Story Code : 847048
Zühurdan əvvəl bəzi əlamətlər isə müxtəif kitablarda nəql edilir. Mən bu gün bəzi hadisələrlə bağlı nəql edilmiş hədisləri və ona oxşar hadisələrə işarə edəcəyəm. Əlbəttə ki , bu hədislərlə hadisələri yüz faiz eyniləşdirmək niyyətim yoxdur, ancaq oxşarlıqları bir araşdırma olaraq diqqətinizə çatdıracağam.


İkinci hissə...

Şam
Şam ölkəsi dedikdə İslam tarixi mənbələrində hazırki Suriya, Livan və Fələstindən bəhs edilir. Bəzən İordaniyanın da Şam ölkəsinə aid edildiyi kitablarda qeyd edilmişdir. Lakin Şam ölkəsi ən çox Suriya və Livan aid edildiyi daha çox mənbələrdə qeyd edilib.
Əli Kuraninin “Zühur Əsri” kitabında böyük alim Şamın Süfyani tərəfindən işğal ediləcəyi hədislərdə qeyd edilib.
Əli Kurani hədislərə əsasən Şam ölkəsində böyük müharibədən bəhs etmişdir. Bir neçə on il əvvəl yazılmış bu kitabda belə bir hadisələrin yazılması insanı çox təəccübləndirir.
Məsələn: Əli Kuraninin qərb və İran qoşunlarının Şama girəcəyini kitab yazılan zaman çoxları təəccüblə qarşılasada, indi hər kəs bilirki, hazırda İran və qərb ölkələrinin dəstəklədiyi təkfirçilər arasında Suriyada qızğın döyüşlər gedir.
Əli Kurani kitabda Şamda fitnəyə bütün müsəlmanları əhatə etməsidə diqqət çəkən məsələdir. Çünki, hazırda Şamdakı fitnələrə demək olarki bütün müsəlman ölkələri qarışmaqdadır. Bəziləri dövlət səviyyəsində dəstək versədə, digərlrinin sakinləri bu müharibədə iştirak edirlər.

Suriyada insanların aclığı hədisdə nəql edilən aclıqdırmı?
Biharul Ənvarın 52-ci cildinin 229-cu səhifəsində bir hədis nəql edilir. Hədisdə qeyd edilirki, İki cür aclıq olacaqdır. Biri xüsusi – Kufədə olacaqdır. İkincisi isə xüsusi –Şamda olacaqdır. “Ümumi aclıq Şamda baş verəcəkdir, o da elə qorxu və elə aclıqdırki. Heç vaxt o cür aclığa düçar olmamışlar. Aclıq o həzrətin qiyamından əvvəl, qorxu vəhşət və iztirab isə onun qiyamından sonra baş verəcəkdir”.

İmam Baqir (ə) İmam Əlidən (ə) maraqlı bir hədis nəql edir. Hədisdə bildirilir ki, Şamda güclü bir zəlzələ baş verər və yüz min insan həlak olar. Hədisə görə, Allah bunu möminlər üçün bir rəhmət, kafirlər üçün isə əzab qərar verər. Hədisin digər yerində isə, maraqlı bir məqam var: “O zaman gəlib çatanda ağ at və sarı bayraq sahiblərini gözləyin ki, onlar məğrib tərəfdən gəlib Şama daxil olarlar və bu zaman uca fəryad, üzücü taqətsizlik və qırmızı ölüm gəlib çatar. Bu zaman Dəməşqin kəndlərinin birinin yerə batmasını gözləyinki, ora Hərşa deyilir. Bu zaman ciyər yeyən Hindənin oğlu Süfyani biyabanından (Süfyani nəslindən olan şəxs) xüruc edər və Dəməşqin minbərinə çıxar. Bu vurhavurda Məhdinin zühurunun intizarında olun.“
Bu hədis İbni Həmmadın əl yazmasında qeyd edilmişdir. “Ağ atlar” hədisdə qeyd edilirki, Əli Kurani bunu qərblilərin atları kimi qeyd edir, burada “ağ at”ın mənasının Qərb tərəfindən icad edilən hərbi maşınlar olması da mümkündür.

Suriyadakı qoşunların arasında çəkişmələr – hədislərdə?
Bildiyimiz kimi “İraq Şam İslam Dövləti” adlı terrorçu qruplaşması hazırda “Azad Suriya Ordusu” və “Nusra cəbhəsi” terrorçuları ilə aralarında ciddi narazıçılıq və toqquşmalar gedir. Hətta onlar bir-birilərinə xəvaric, dindən çıxmış kimi adlar da qoymuşlar.

Bildiyimiz kimi, adını yazdığım 3 qruplaşma ən böyük terrorçu müxalf qruplardır. Digər qruplaşmalar isə, bir-başa və ya dolayısı yollarla bu 3 qruplaşmaya bağlanır.
Biharul Ənvarın 50-ci cildinin 212-ci səhifəsində İmam Sadiqdən diqqət çəkən hədis var. Hədisdə buyurulur: “O ildə Məğrib nahiyyələrindəki bütün ölkələrdə çoxlu ixtilaf yaranacaqdır. Viran olan ilk yer Şamdır. Üç bayrağa malik olanların havadarları – Əshəbin tərəfdarları, Əbqənin ordusu və Süfyani ordusu arasında ixtilaf yaranacaqdır”.

Süfyani şəxsdir, yoxsa hərəkatın adıdır?
İslam alimlərinin əksəriyyəti onun Əbu Süfyanın nəslindən olacağını bildirir. Bəzi hədislərdə “ciyər yeyən Hindənin oğlu”da Əbu Süfyanın arvadı Hindəyə işarə edilir. İmam Əlinin (ə) Müaviyəyə yazdığı məktubların birində bu haqda məlumat verilir. Məktubda deyilir: “Ey Muaviyə! Sənin övladlarından biri – bədəxlaq, məlun, yelbeyin, zalım, qəlbi əksə çevrilmiş, (həddən artıq) tələbkar və qəzəblidir. Allah rəhmət və mehribançılığı onun qəlbindən çıxarmışdır. Onun dayıları it kimi qan içirlər. Sanki elə bu dəqiqə görürəm - əgər istəsəydim, onun adını deyər, vəsf edər və neçə yaşı olduğunu deyərdim. O Mədiniyə bir ordu göndərəcəkdir. Onlar Mədinəyə daxil olub kütləvi qırğın törədəcək, yaramaz işlərə əl atacaqlar. Bu halda pak və pəhrizkar(təqvalı) insanlar onlardan qaçar, sonra bir nəfər yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq ədalətlə doldurar. Mən onun adını bilirəm. Bunu da bilirəm ki, o gündə onun neçə yaşı olacaq və əlamətləri hansıdır”.

Bu hədisəni Şeyx Tusi nəql edir, bu hədis Əli Kurani tərəfindən də “Zühur əsri” kitabında qeyd edilib.
Biharul Ənvarın 52-ci cildinin 205-ci səhifəsində Süfyaninin adının Osman, atasının adının Üyeynə olduğu bildirilir. Hədisdə onun 4 əlaməti: zahiri çox xoşagəlməz, yekəbaş, üzündə xora xəstəliyinin nişanəsi, ona baxanda sanki bir gözlü olduğu qənaətinə gəlmək olur. Bəzi kitablarda isə birinci və ikinci Süfyani haqda da məlumat verilir.

İbni Həmmadın əlyazmasının 76 səhifəsində maraqlı bir hədis diqqətimi çəkdi. Bunu diqqətinizə çatdırıb “İŞİD”ın son açıqlamasını sizə təqdim edəcəyəm. Rəvayətə görə, İbni Abbasdan belə nəql olunur: “Süfyani xüruc edib kütləvi qırğınlar törədər, hətta qadınların qarnını yırtıb uşaqlarını böyük qazanlarda qaynadar”.
Misirdə yayımlanan “Əs Yovmus səbi” qəzetinin xəbərinə görə, “İraq Şam İslam Dövlti” adlı terrorçu qruplaşmanın sözcüsü Əbu Muhəmməd Əl Adnani sosial şəbəkələrdə bir görüntülü mesaj paylaşıb. O Suriya ordusu və Hizbullahı hədəfə alaraq, bütün qruplaşmaları də hədələyib. Çıxışında o İŞİD-a düşmən olanları başlarının qoparılması, boğazlarının kəsilməsi və qarınlarının deşiləcəyilə hədə qorxu gəlib.

"İŞİD”ın hətta öz radiolarında öz döyüşçülərinə “Siz Süfyaninin əsgərlərisiz” deyə müraciət etdiyi bildirilir.
Qeyd edək ki, “İŞİD” hazırda Suriya və İraq ərazilərində fəaliyyət göstərir.

Ruslarla qərblilərin Süfyanidən əvvəl döyüşü...
Bildiyimiz kimi Ukrayna hadisələri hazırda çox qarışıq vəziyyətə düşmüşdür. Krım Ukraynadan ayrılaraq müstəqilliyini elan etmiş və Rusiyanın yanında olduğunu bəyan etmişdir. Lakin Ukrayna öz ərazi bütövlüyünü qoruyacağıyla bağlı ABŞ-ı bu məsələdə meydana salmaqda maraqlıdır. Press TV və Rusiyanın NTV kimi telekanalları ABŞ-ın yüzlərlə “Blak vater” adlı muzdlu hərbçisinin Ukraynaya gəldiyini xəbər verib. Əli Kurani özünün “Zuhur ısri” kitabında məhz ruslarla qərblilərin toqquşacağı haqda rəvayətlərin olduğunu bildirmişdir.

Ardı var...

P.S. Qeyd etdiyimiz mövzulara bir daha qayıdacağıq və bu məsələləri digər hadisələrlə də, təhlil edəcəyik.

Birinci hissə

Ramin Bayramov
İslamazeri.az-ın baş redaktoru
Source : http://www.ahlibeyt.ge
Tagged
imam zaman
Comment