0
Friday 28 February 2020 - 10:39

Türkiyə hərbçiləri vurulmazdan öncə rus qırıcılara atəş açıb?

Story Code : 847285
Türkiyə hərbçiləri vurulmazdan öncə rus qırıcılara atəş açıb?
Gecə saatlarında İdlibdə ən az 33 türk hərbçisi hava hücumları nəticəsində həlak olub. Hücumdan sonra Türkiyə dövlət heyəti 6 saatlıq toplantı keçirib. Səhər saatlarından isə Türkiyə TV kanallarında hücumun Suriya, yoxsa Rusiya tərəfindən həyata keçirildiyi ilə bağlı müzakirələr aparılır. 
Rusiya24 kanalı bu hücumdan bir neçə saat öncədən xəbər yayaraq bildirib ki, Türkiyə hərbçiləri terrorçulara qarşı əməliyyat keçirən Suriya və Rusiya qırıcılarına atəş açır.
Türk hərbçilərinin vurulmasından sonra Rusiya dövləti bu haqda açıqlama verib: "İdlibdəki silahlı qruplaşmalar Suriya ordusuna qarşı irimiqyaslı bir hücuma hazırlaşırdı. Türkiyə də hava zərbələri endirilən nöqtələrdə hərbçilərinin olduğunu bizə elan etməmişdi!"
Türkiyə prezidenti İdlibdəki silahlılara dəstək verəcəyini açıq şəkildə elan edib. Suriya prezidenti isə terrorçulara qarşı əməliyyatları dayandırmayacağını bildirib.
Qeyd edək ki, analitiklər ABŞ və digər Qərb dövlətlərinin Türkiyəni Suriya hakimiyyəti və Rusiya ilə üz-üzə qoyaraq, əslində Türkiyəni çıxılmaz bir vəziyyətə salmaq istədiyini düşünür.
Bəşar Əsəd bildirib ki, Türkiyə hərbçiləri Suriya dövlətindən icazəsiz Suriya torpaqlarına daxil olmaqla işğalçı siyasət yürüdür. O əlavə edib ki, PKK Türkiyə üçün necədirsə, Ən-Nüsrə, Əhraruş-Şam terrorçuları da Suriya dövləti üçün eyni anlam daşıyır. Əsəd terrorla mübarizədə Türkiyəni Suryiyaya mane olmamağa çağırıb.
Source : IslamTimes